NEQSOL Holdinq J.P. Morgan Securities Plc və Raiffeisen Bank International A.G. tərəfindən maliyyələşməni və Vodafone Ukraynanın alışını elan edir
NEQSOL Holdinq Vodafone Ukrayna şirkətinin alışının yekunlaşmasını elan edir.
Qaynarinfo-nun verdiyi xəbərə görə, şirkətin alışının maliyyələşdirilməsi J.P. Morgan Securities Plc və Raiffeisen Bank International A.G.-nin rəhbərliyi ilə beynəlxalq fond və maliyyə qurumları qrupu tərəfindən təmin edilib.
Daha əvvəl NEQSOL Holdinq şirkətlər qrupu MTS ilə onun Ukraynada telekommunikasiya biznesinin 734 mln ABŞ dolları, o cümlədən 84 mln ABŞ dolları nəticə üzrə ödəmə müqabilində alınması barədə müqavilə imzalamışdır.
J.P. Morgan Securities Plc şirkəti NEQSOL Holdinq şirkəti üçün maliyyə məsləhətçisi qismində çıxış edib. J.P. Morgan Securities Plc və Raiffeisen Bank International A.G. müvafiq maliyyə vəsaitini təşkil edib. Maliyyələşmə prosesi beynəlxalq banklardan və institusional investorlardan ibarət qrupun iştirakı ilə təmin edilib.
NEQSOL Holding-in investisiya komandası DLA Piper, PwC, Deloitte və Detecon şirkətlərinin iştirakı ilə ümumi M&A prosesinə rəhbərlik edib.
"Biz Ukraynanın ən uğurlu şirkətlərindən birini əldə etməklə beynəlxalq genişlənmə strategiyamızı həyata keçiririk. Bu razılaşmanın ərsəyə gəlməsində əməyi olan bütün tərəflərə təşəkkür edirəm. Strateji investor olaraq bizim uzunmüddətli hədəflərimiz var və şirkətin gələcək inkişafı üçün öz töhfəmizi verəcəyik" - NEQSOL Holding şirkətlər qrupunun təsisçisi və sahibi Nəsib Həsənov bildirib.
"NEQSOL Holding müxtəlif ölkələrdə və sahələrdə beynəlxalq təcrübəyə və uğurlara malikdir, ən yüksək beynəlxalq maliyyə və komplayens standartlarına uyğun fəaliyyət göstərir. Bunun sayəsində biz nüfuzlu beynəlxalq maliyyə qurumlarından böyük maliyyə vəsaiti cəlb edə bildik. Ukraynanın ikinci böyük telekommunikasiya şirkəti Vodafone Ukraynanın alışını uğurla tamamladıq. Bu, bizim beynəlxalq genişlənmə və yeni bazarlara çıxış strategiyamızda növbəti mühüm mərhələdir. J.P. Morgan, Raiffeisen Bank International, DLA Piper, Linklaters, Deloitte, PwC və Detecon kimi maliyyə vəsaitinin təşkilatçıları və məsləhətçiləri ilə sıx əməkdaşlıq sayəsində layihə rekord qısa müddətdə həyata keçirilib. Strategiyamıza əsaslanaraq, telekommunikasiya sahəsində qabaqcıl texnologiyalara və innovasiyalara davamlı investisiya yatırırıq" - NEQSOL Holding-in Baş İcraçı Direktoru Yusif Cabbarov deyib.
"Biz regional telekom sektoruna əhəmiyyətli xarici sərmayə gətirən, Ukraynada möhtəşəm satınalmada iştirak etməkdən məmnunuq" - J.P. Morgan Securities plc-də CEEMEA Kredit Maliyyələşməsi üzrə rəhbəri Puja Turner bildirib.
NEQSOL Holdinq şirkətlər qrupu haqqında
NEQSOL Holdinq şirkətlər qrupu müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərərək, 25 ildən çox təcrübəyə malikdir. Şirkətlər qrupunun əsas fəaliyyət istiqamətlərinə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi aiddir. Şirkətlər qrupu Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Qazaxıstan, BƏƏ, Banqladeş və digər ölkələrdə fəaliyyət göstərir.
Hazırda qrupa Böyük Britaniyada qeydiyyatdan keçmiş Nobel Oil Services və Nobel Upstream şirkətləri daxildir. Müxtəlif neft-qaz yataqlarında paya malik və Londonda yerləşən Nobel Upstream şirkəti Böyük Britaniya, ABŞ və Azərbaycanda fəaliyyət göstərir. Nobel Oil Services şirkətinin törəmə müəssisələri Azərbaycan, Türkiyə, Qazaxıstan və Banqladeşdə fəaliyyət göstərir. Qrup KCA Deutag, Wood və digər beynəlxalq şirkətlərlə birgə müəssisələr yaradıb.
2000-ci illərin əvvəllərində qrup telekommunikasiya sahəsinə daxil olub. Qrup mobil rabitə, beynəlxalq tranzit və internet magistral bağlantısı, məlumat mərkəzi və digər xidmətlər göstərir, eləcə də Avropa ilə Asiya arasında Rəqəmsal İpək Yolunun yaradılması layihələrinə sərmayə yatırır.
2010-cu illərin əvvəllərində qrup tikinti sahəsinə daxil olub. Norm şirkəti Cənubi Qafqazda ən böyük sement istehsalçısıdır. Qrup yüksək texnologiyalar sahəsində startap layihələrə və şirkətlərə sərmayə yatırır.
Şərhlər