Xəbər lenti

Nəriman Axundzadə “Qarabağ”dan gedə bilər (VİDEO)
İdman 20:29 03.03.2024

Nəriman Axundzadə “Qarabağ”dan gedə bilər (VİDEO)

"Qarabağ”ın gənc üzvü Nəriman Axundzadə klubdan gedə bilər.

Avropa Liqasının 1/16 finalında "Braqa”ya vurduğu qolla "köhlən atlar”ın qələbəsində əsas pay sahibi olan N.Axundzadəni "Başakşəjərr” kollektivi yaxından izləyir.

Yerli mediada yayılan məlumata görə, Türkiyə komandası 19 yaşlı futbolçu üçün ağdamlılarla danışıqlara başlamaq niyyətindədir. Lakin "Qarabağ”ın bu keçidə necə yanaşacağı isə hələ ki, məlum deyil.

Qeyd edək ki, "Qarabağ”ın yetirməsi olan Nəriman Axundzadə 2022-ci ildən əsas heyətdə çıxış edir. Bu müddət ərzində 40 matçda meydana çıxan və səkkiz qola imza atan forvard Ağdam təmsilçisi ilə ölkə çempionatında da qalib gəlib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->