Xəbər lenti

Sənət 19:27 23.05.2019

Nəsib Nurun AzTV-dəki verilişi bağlandı

Teleaparıcı Nəsib Nurun AzTV-də yayımlanan "Anşlaq” verilişi yayımını dayandırıb.

Tanınmış incəsənət nümayəndələrinin qonaq olduğu veriliş ötən ilin sentyabrından efirə gedirdi. Verilişin bağlanması ilə yanaşı, N.Nurun işdən çıxarılmağı barədə xəbərlər yayılmışdı.

Məsələ ilə bağlı AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov Axşam.az-a açıqlama verib:

"Nəsib bəy AzTV-dən ayrılmayıb. Sadəcə, verilişin yayım müddəti başa çatıb. Onun AzTV-dəki fəaliyyəti davam edir. Tezliklə yeni formatda tamaşaçıların qarşısına çıxacaq”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->