İdman 23:20 03.02.2019

Neymar fanatlarına şad xəbər

"Strasburq"la oyunda zədələnən PSJ-nin ulduzu Neymarın ayaq sümüyünün qırıldığı və iki ayyarım meydanlardan uzaq qalacağı bildirilirdi.
 
Qaynarinfo xəbər verir ki, müayinə olunması üçün İspaniyaya yollanan "sambaçı" artıq Fransaya qayıdıb. Verilən məlumata görə, təcrübəli futbolçunun müalicə müddətində əməliyyata ehtiyacı olmayacaq. 

Braziliyalı superulduz PSJ-nin həkimlərinin təlimatlarına əsasən ən qısa zamanda yaşıl meydanlara dönməyə çalışacaq.