Xəbər lenti

İdman 15:39 14.05.2013

Neymar "Bavariya"da!

Tanınmış braziliyalı futbolçu Neymar komandasını dəyişir. 

Neymarın “Bavariya” klubuna keçidi ilə bağlı məlumat “Santos” klubunun vitse-prezidenti Visente Kaskione yayıb. 

ANS PRESS-in verdiyi xəbərə görə, futbolçu ilə klub arasında müqavilə imzalanıb. Alman qəzetlərinin yazdıqlarına görə, artıq bu ilin avqustundan futbolçu “Bavariya”da oynayacaq. 

Xatırladaq ki, bundan əvvəl Neymarla “Barselona” və “Real” klubları arasında danışıqlar getdiyi xəbər verilirdi. 

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?