Çinə aid "Tiangong-1" kosmik stansiyası yerə çatıb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, stansiya Sakit okeanın cənubunda atmosferdə yanıb. Astronovt Conatan Makdouel Tahiti adasının şimal-qərbində baş verdiyini bildirib.
Qeyd edək ki, alimlər stansiyanın konkret hara düşəcəyini müəyyənləşdirə bilmirdilər. Təhlükə ilə üz-üzə ərazilər arasında bir çox Avropa və Amerika şəhərləri yer almışdı.
2011-ci ildə Çin tərəfindən kosmosa göndərilən stansiya 2013-cü ildə istifadə dövrünü başa vurmuş, 2016-cı ildə nəzarətdən çıxmışdı. "Tiangong-1" 10 metr uzunluq, 8 ton çəkiyə sahib idi, lakin onun böyük hissəsi atmosferdə yanmışdı.
Gülşən
Şərhlər