Dünya 18:09 04.11.2019

Niderlanddan etiraf: "74 mülki vətəndaşın ölümünə səbəb olmuşuq"

Niderland 2015-ci ildə İraqda 74 mülki vətəndaşın ölümünə səbəb olduğunu etiraf edib.

Qaynarinfo xəbər verir ki, həmin insanlar Kərkük və Mosulda İŞİD-ə qarşı əməliyyatlar zamanı həyatlarını itirib. 70 nəfər "F16" təyyarəsi ilə bombardman zamanı, 4 nəfər isə evə basqında qətlə yetirilib.

Niderlandın Müdafiə nazii Ank Biyleveld açıqlama ilə çıxış edərək bu fakta görə məyus olduqlarını dilə gətirib. 

Gülşən