Video 17:33 21.10.2020

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi (VİDEO)

"Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib.

Qaynarinfo Yenisabah-a istinadən xəbər verir ki, müğənni Zəngilanın işğaldan azad olunduğunu bildirərək aparıcını özünəməxsus şəkildə ələ salaraq "təbrik edib”.

Qeyd edək ki, rusiyalı televiziya aparıcısı, jurnalist Vladimir Solovyov hər dəfə özünün qatı ermənipərəst mövqeyini ortaya qoyur. "Rossiya-1” telekanalında yayımlanan "Solovyovla bazar axşamı” verilişində o, adətən erməni ekspertlərini dəvət edərək Qarabağ məsələsini müzakirə edir. V.Solovyov hazırda bu sahədə yaranmış vəziyyətə görə bütün günahları Azərbaycanın üzərinə yıxmağa çalışmaqla öz ermənipərəst mövqeyini daima göstərir.

Həmin görüntüləri təqdim edirik: