Xəbər lenti

Nigar Köçərlidən Əlif Şafakın
phrase_var_qaynar. 15:40 14.10.2020

Nigar Köçərlidən Əlif Şafakın "sülh çağırışı"na münasibət

"Bu, sülhə çağırış deyil, əksinə, bizim duyğularımızla oynamaqdır”.


Qaynarinfoxəbər verir ki, bunu "Əli və Nino" kitab mağazası şəbəkəsinin rəhbəri Nigar Köçərli əslən Türkiyədən olan Britaniyalı məşhur yazar Əlif Şafakın Tvitterdə sülhə çağırışına münasibət bildirərkən deyib. Mağaza rəhbəri Əlif Şafakın Tvitterdə olan son paylaşımını qınayıb:


"Bu, işğalçılara dəstək verməkdir. Şuşa hər bir azərbaycanlı üçün mədəniyyətimizin rəmzidir və müqəddəs yerdir”.


Qeyd edək ki, Böyük Britaniyanın əslən Türkiyədən olan məşhur yazarı Əlif Şafak Tvitterdəki 1.6 milyonluq hesabında müzakirələrə səbəb olacaq post paylaşıb. Bu postdan sonra onun Azərbaycanda kitablarını boykot etmək və satışına qadağa qoymaq çağırışları səslənib.


Bahar Rüstəmli

Oxşar xəbərlər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->