Dünya 10:10 22.07.2019

Nigeriyada Türkiyə vətəndaşlarını azad etmək üçün əməliyyat başladı

Nigeriyada qaçırılan dörd nəfər Türkiyə vətəndaşının xilas edilməsi üçün əməliyyat başlayıb.

Qaynarinfo CNNTürk-ə istinadən xəbər verir ki, bu barədə Kvara əyaləti polis şöbəsinin sözçüsü Ajayi Okasanmi məlumat verib. 

Qeyd edək ki, ötən həftənin cümə günü Kvarada işləyən 25 yaşlı Seyit Keklik, 33 yaşlı Yasin Çolak, 35 yaşlı Ergun Yurdakul və 40 yaşlı Şener Apal naməlum şəxslər tərəfindən qaçırılıb.

Gülşən