Ekonomiks 13:53 31.05.2018

NIKOIL | Bank növbəti bankomat quraşdırıb (R)

Xətai rayon sakinlərinin rahatlığı üçün NIKOIL | Bank Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 23ünvanında "Bizim market" supermarketində yeni bankomat quraşdırıb. Digərləri kimi 7/24 prinsipi ilə işləyən bu bankomatda da bank müştəriləri milli və ABŞ dolları valyutasında nağd vəsait çıxarmaq, hesablardan çıxarış almaq, Card to Card və 3DSecure xidmətini aktivləşdirməkkimi əməliyyatları həyata keçirə bilərlər.

NIKOIL | Bank öz bankomat və ödəniş terminalı şəbəkəsini uğurla genişləndirməyə davam edir. Qeyd etmək lazımdır ki, son iki ayda üç yeni bankomat quraşdırılıb: ikisi Bakı şəhərinin Yasamal rayonunda və biri Xırdalan şəhərində.

NIKOIL | Bank  - Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır. Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri kimi  əməliyyatları təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı https://www.facebook.com/nikoilbank