İdman 11:48 13.11.2019

Nikola Yurçeviç jurnalistlərin suallarını cavablandıracaq

Millimizin baş məşqçisi Nikola Yurçeviçin Uelslə oyunöncəsi mətbuat konfransının vaxtı açıqlanıb.
 
Qaynarinfo AÇ-2020-nin seçmə mərhələsində noyabrın 16-da, saat 21:00-da, "Bakcell Arena”da keçiriləcək Azərbaycan - Uels oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtını diqqətinizə çatdırır:
 
15 noyabr

Azərbaycan milli komandası
 
Saat 19:00. Mətbuat konfransı
Saat 19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Uels milli komandası
 
Saat 14:30. Mətbuat konfransı
Saat 15:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi "Bakcell Arena”da təşkil olunacaq.