Xəbər lenti

Nikoldan Naxçıvana qaçan çobanı soruşdular, cavabı şoka saldı (VİDEO
Video 22:01 12.09.2020

Nikoldan Naxçıvana qaçan çobanı soruşdular, cavabı şoka saldı (VİDEO

Ermənistan Baş naziri Nikol Paşinyan Sünik vilayətinə səfəri zamanı pis vəziyyətə düşüb.

Axar.az xəbər verir ki, Azərbaycana qaçan çoban Narek Sardaryanın arvadı Paşinyana yaxınlaşıb və əri barədə məlumat almaq istəyib.

N.Paşinyanın cavabı isə təəccüb doğurub. Məlum olub ki, o, bu hadisə barədə əslində heç nə bilmir.

"Mən Narek Sardaryanın arvadıyam, bilmək istəyirəm ki, onunla bağlı sizdə hansı məlumat var. Bizdə heç bir məlumat yoxdur”, - Sardaryanın arvadı soruşub.

Nikol Paşinyan isə cavabında deyib ki, Sardaryanla bağlı çox şey bilmədiyinə görə təəssüf edir.

Bu məqamda Müdafiə naziri David Tonoyan araya girib, "İndi danışarıq, yolda danışarıq, mən burda olacam”, - deyə tez-tələsik qadını başından edib və Nikolu düşdüyü biabırçı durumdan xilas etməyə çalışıb.

Qeyd edək ki, Ermənistan vətəndaşı 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə iyul ayında keçib. O, çobandır və otlaq sahəsinə görə ondan dəfələrlə rüşvət alındığını, artıq belə yaşaya bilməyəcəyini, Ermənistanda vəziyyətin acınacaqlı olduğunu, ona görə də Azərbaycana qaçdığını bildirib.

Norek sərhədə yaxınlaşarkən əynindəki ağ paltarı çıxarıb başı üzərində yellədiyini deyib və Azərbaycan əsgərlərindən güllə atmamağı, onu qəbul etməyi xahiş edib.

Narek Sardaryan hər şeyi özü videomüraciətində ətraflı qeyd edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->