Niyam yenə cərimələndi - 4 min manat (FOTO)

Niyam yenə cərimələndi - 4 min manat (FOTO)

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları toy mərasimlərində karantin qaydalarına riayət edilməsi məqsədilə yoxlamaları davam etdirir.

Bu dəfə şəhərin Sahil küçəsində yerləşən restoranlarda monitorinqlər keçirilib.

Yoxlamalar zamanı "By Niyam Salami” restoranında keçirilən toy məclisində karantin rejimi qaydalarına əməl olunmadığı və şənlik məclisi ilə bağlı məlumatların "icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntuları ilə bağlı obyektin icarədarı Sumqayıt şəhər sakini Cəfərov Əli Qurban oğlu inzibati məsuliyyətə cəlb olunub. O, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 4000 manat məbləğində cərimələnib.

Qeyd edək ki, obyektin digər icarədarı Masallı rayonunda qeydiyyatda olan müğənni Niyaməddin Səfərovdur. (Niyam Salami)

Xatırladaq ki, bir müddət öncə isə Niyam Salami Sumqayıt şəhərində icarəyə götürdüyü "Salam-İ" restoranında karantin qaydalarını pozduğuna görə, 5000 manat cərimələnmişdi.

Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə restoranlar və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək. /APA
XƏBƏRLƏR
BLOGLAR
X