ABŞ Hərbi Dəniz Qüvvələri - dünyanın ən qədim və ən güclü donanması hesab olunur, onun tərkibində minlərlə gəmi və sualtı qayıq var. Lakin buna baxmayaraq, heç bir dənizçi ömürlük bir gəmiyə "bağlı” qalmır.
Qaynarinfo xəbər verir ki, "Slash Gear” nəşrinin yazdığına görə, donanmada rotasiya sistemi tətbiq olunur: ekipajlar müəyyən dövrlərlə gəmiləri, bazaları və hətta xidmət etdikləri gəmi növlərini dəyişirlər.
Hərbi təlimi başa vuran dənizçilər, adətən, ixtisaslarına və donanmanın ehtiyaclarına uyğun olaraq ilk xidmət yerlərinə — gəmiyə təyin olunurlar. Dördillik standart müqavilə müddətində dənizçi adətən iki təyinatdan keçir: əvvəlcə dənizdə, sonra isə sahildə xidmət edir.
Bu cür rotasiyalar yüksək peşə hazırlığını qorumağa, rütbə artımı üçün imkan yaratmağa və peşəkar tükənmənin qarşısını almağa kömək edir. Hətta xüsusi çətin şəraitdə xidmət edən sualtı qayıq heyətləri də eyni gəmidə bir neçə ildən artıq qalmırlar.
Bəzən dənizçilər sevdikləri gəmiyə qayıda bilsələr də, əksər hallarda onların karyerası müxtəlif gəmilər, tapşırıqlar və bazalar arasında keçir. ABŞ donanmasının əsas prinsipi sadədir: davamlılıq gəmidə deyil, xidmətdə olmalıdır.
Aydın
Şərhlər