Onilliklər ərzində aparılan yad sivilizasiyaların axtarışlarına baxmayaraq, bəşəriyyət Yer kürəsindən kənarda ağıllı həyatın mövcudluğuna dair inandırıcı sübut əldə edə bilməyib.
Qaynarinfo-nun məlumatına görə, "Popular Mechanics" nəşrinin yazdığına görə, getdikcə daha çox alim hesab edir ki, səbəb yadplanetlilərin mövcud olmaması deyil, texnoloji məhdudiyyətlərimiz, nəhəng kosmik məsafələr və zaman miqyasları ilə bağlıdır.
Əlaqə vasitələri problemi
Məqalə müəllifləri bildirirlər ki, mümkün izahlardan biri rabitə üsulları ilə bağlıdır. Əgər bəşəriyyət radio rabitəsindən optik lif şəbəkələrinə və digər müasir texnologiyalara qədər inkişaf yolu keçibsə, bizdən milyonlarla, hətta milyardlarla il daha qədim sivilizasiyalar məlumat ötürmək üçün tamamilə fərqli üsullardan istifadə edə bilər.
Xüsusilə, 2024-cü ildə aparılan bir araşdırmada yadplanetlilərin mesajları qravitasiya dalğaları vasitəsilə ötürə biləcəyi ehtimalı irəli sürülüb. Problem ondadır ki, müasir elm hələ təbii qravitasiya dalğalarını süni şəkildə yaradılmış dalğalardan ayırmaq imkanına malik deyil.
Mövcudluq dövrlərində fərq
Nəşrin qeyd etdiyi digər fərziyyə 2021-ci ildə aparılan araşdırmanın müəllifləri tərəfindən irəli sürülüb. Tədqiqatçıların fikrincə, yadplanetli sivilizasiya bizə siqnal göndərmək üçün müəyyən "imkan pəncərəsinə" düşməlidir.
Çox gənc cəmiyyətlər hələ ulduzlararası əlaqə qurmaq qabiliyyətinə malik olmaya bilər, çox qədim sivilizasiyalar isə qlobal fəlakətlərdən sonra texnologiyalarını itirmiş və ya ümumiyyətlə mövcudluğunu dayandırmış ola bilər.
Məsafə problemi
Nəşrdə qeyd olunan başqa bir versiyanı Merilend Universitetinin Baltimor dairəsindəki baş elmi əməkdaşı Robin Korbet irəli sürüb. O, 2025-ci ildə yayımlanan ilkin elmi məqaləsində ehtimal edib ki, yadplanetli sivilizasiyalar mövcud ola bilər, lakin onların texnologiyaları qalaktikalararası məsafələrdən müşahidə ediləcək qədər inkişaf etməyib.
Tədqiqatçının fikrincə, populyar mədəniyyət yadplanetlilərin imkanlarını xeyli şişirdir. Reallıqda isə onlar texnoloji inkişaf baxımından təxminən insanlarla eyni səviyyədə ola və ya bizi yalnız cüzi şəkildə qabaqlaya bilərlər.
Aydın
Şərhlər