Azərbaycan Prezidentinin 2021-ci ilin "Nizami Gəncəvi ili” elan olunması ilə bağlı Sərəncamına uyğun olaraq Xəzər Universitetində Humanitar, Təhsil və Sosial elmlər fakültəsi Tərcümə ixtisasının I kurs tələbələrinə "Nizami Gəncəvi "Xəmsə”sinin verdiyi dərslər” mövzusunda inteqrativ onlayn dərs keçirilib.
N.Gəncəvi haqqında ədəbiyyat tariximizin ilk monumental psixoloji epik şeirinin banisi kimi danışan fənn müəllimi Qardaşxan Əzizxanlı ilə birgə dərsdə Dillər və ədəbiyyatlar departamentinin müdiri Dilbər Zeynalova və universitetin İngilis dili və ədəbiyyatı departamentinin müdiri Bəhmən Əmani iştirak ediblər.
B.Əmani "Xəmsə”nin finalı "İsgəndərnamə”də humanizm ideyalarının təntənəsindən geniş söz açıb.
D.Zeynalova şairin yaradıcılığını dünya ədəbiyyatı kontekstində nəzərdən keçirməyin vacibliyini qeyd edərək, B.Əmaniyə maraqlı çıxış üçün təşəkkürünü bildirib.
Tələbələrdən Afina Hacıyeva, Rüfət Həsənli Nizami poeziyası ilə bağlı öz fikirlərini söyləyiblər.
Şərhlər