Dünya 19:44 10.12.2013

Nobel Sülh mükafatı təqdim edildi


Bu il sülh mükafatı Kimyəvi Silahların qadağası Təşkilatına verilib

Oslo şəhərində 2013-cü il üzrə Nobel Sülh mükafatı Kimyəvi Silahların qadağası Təşkilatına verilib.

ANS PRESS-in “RİA-Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, mükafatın diplom və medalı təşkilatın baş direktoru Əhməd Uzyumcyuya təqdim edilib.

“Bu medal bütün bəşəriyyətə verilən qiymətdir. Hazırda bizim təşkilatın üzvləri Suriyada və digər ölkələrdə gecə-gündüz çalışırlar. Suriyada kimyavi silahların ləğvi ilə bağlı Beynəlxalq konsensus əldə edilib və bu konsensusa 190 ölkə qatılıb”.

Nobel Sülh mükafatının təqdimetmə mərasimini giriş sözü ilə Nobel Komitəsinin Norveç üzrə rəhbədi Turbyern Yaqland açıb. O, öz çıxışında dekabrın 5-də dünyasını dəyişən Cənubi Afrika Respublikasının eks prezidenti Nelson Mandela hadqa xoş sözlər danışıb və onun 20 il öncə Osloda Nobel Sülh mükafatını almasını xatırladıb.


Qaynar.info