Alimlər müəyyən etmişlər ki, yuxunun kifayət qədər olmaması insanların ömrünə təsir edir.
Qaynarinfo milli.az-a istinadən xəbər verir ki, normadan az yatanlar daha çoxdur. Doğrudur, belə insanların intellekti daha yüksək olur. Lakin intellekt yüksək olsa belə, 5-6 saat gündəlik yuxu yaşlı insan üçün kifayət etmir. Adətən yaz-yay günlərində sutkanın çox hissəsi işıqlı olduğu halda insan daha az yatır, qışda isə əksinə, yuxunun müddəti artır.
Yuxu pozğunluğunu somnologiya elmi öyrənir. Somnoloqların fikrincə, yer kürəsi əhalisinin 8-18%-i müxtəlif cür yuxu pozğunluğundan əziyyət çəkirlər. İri şəhərlərdə əhalinin 40%-i bu problemlə üzləşir.
Yuxunu normallaşdırmaq üçün sizə bəzi alimlərin dediyi tövsiyələri təqdim edirik:
1) Hər gün eyni vaxtda yatıb-durmaq lazımdır.
2) Gecə gəzintisi və duş qəbul etmək kömək edir.
3) Yatmazdan heç olmazsa 3 saat əvvəl şam etmək olar.
4) Özünüzə rahat yataq və xüsusən balış hazırlayın. Onun qalınlığı təxminən sizin çiyninizin eninə bərabər olmalıdır.
5) Yatmazdan 1 saat qabaq kompüterin qabağından durun.
6) Həftədə 1-2 dəfə gözünüzə çay qoya bilərsiniz. Bu, sizin gözünüz üçün xeyirli olacaq.
7) Sakit otağın və qaranlıq olmasına diqqət edin.
Şərhlər