Norveçdə Rusiya vətəndaşı casusluq şübhəsi ilə həbs edilib.
Qaynarinfo xəbər verir ki, 51 yaşlı şəxs Norveç hava limanında tutulub və 2 həftəlik həbs cəzası verilib. O, ölkə parlamentində keçirilən seminar zamanı casusluq etməkdə ittiham edilir. Əgər şübhəli barədə iddia sübut edilsə, onu 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Rusiyanın Norveçdəki səfiri Teymuraz Ramişvili hadisəyə münasibət bildirərək ittihamı "gülünc bəhanə" adlandırıb.
Gülşən
Şərhlər