Norveç Xarici İşlər Naziri Espen Bart Eyde bildirib ki, Rusiya beynəlxalq münasibətlərin əsas prinsiplərini pozub, buna görə də onun rusiyalı "həmkarı” Sergey Lavrovun ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında etdiyi çıxış paralel kainatdan gəlmiş bir bəyanat kimi görünürdü.
Qaynarinfo "European Pravda”ya istinadla xəbər verir ki, bu haqda o, Maltada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının plenar sessiyasında
deyib.
Eyde qeyd edib ki, Rusiya Helsinki Yekun Aktının prinsiplərini və BMT Nizamnaməsini pozur.
"Çünki, xanımlar və cənablar, beynəlxalq münasibətlərdə bir nömrəli qayda belədir: başqa ölkələrə müdaxilə etmə və onları işğal etmə! Suveren bərabərliyə hörmət etməlisən. Digər dövlətlərin ərazi bütövlüyünə hörmət etməlisən. Bu, məhz Rusiyanın etmədiyi şeylərdir”, – o vurğulayıb.
Bu prinsiplər kontekstində Norveç xarici işlər naziri Lavrovun bəyanatını "paralel kainatdan gəlmiş şahidlik” kimi qiymətləndirib.
"Amma bu heç kimi aldatmayacaq. Biz, əlbəttə ki, nə baş verdiyini yaxşı bilirik. Ukrayna bu müharibəni qazanmalıdır və qazanacaq da. Biz – Ukraynanı onun yalnız öz müstəqilliyi üçün deyil, həm də bizim hamımızın bölüşdüyü prinsiplər uğrunda apardığı qəhrəmancasına mübarizədə dəstəkləyən ölkələrik”, – deyə o vurğulayıb.
Eyde əlavə edib ki, Ukraynanın qələbəsindən sonra "müharibədən sonrakı yeni dövrün necə görünməli olduğu barədə düşünmək lazımdır”.
Xatırladaq ki, bir sıra ölkələr Maltada keçirilən ATƏT toplantısında Lavrovun çıxışı zamanı demarş təşkil edib.
Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna isə Maltanın Rusiya Xarici İşlər Naziri Sergey Lavrovu ATƏT toplantısına buraxmaq qərarını "təəssüf doğuran” adlandırıb.
Avropa Komissiyası isə bildirib ki, Lavrova tətbiq edilən sanksiyalar onun aktivlərinin dondurulmasını və AB-dəki şəxslərin ona "hər hansı iqtisadi resurslar” təqdim etməsini qadağan edir, lakin ona səyahət qadağası tətbiq edilmir.
Alpər
Şərhlər