Mərkəzi Seçki Komissiyasının keçmiş hüquq şöbəsinin müdiri İradə Hacıyeva Nazirlər Kabinetində yüksək vəzifəyə təyin olunub.

Qaynarinfo xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, baş nazir Novruz Məmmədovun müvafiq əmri ilə İradə Hüseyn qızı Hacıyevaya Nazirlər Kabineti Aparatının ümumi şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib. 

İ.Hacıyeva Unikal.org-a təyinatı ilə bağlı xəbəri təsdiqləyib. 

Qeyd edək ki,  İradə Hacıyeva  uzun illər MSK Katibliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.