Ölkə 16:38 19.11.2019

Novruz Məmmədov yeni vəzifəyə təyinatından danışdı

"Siz məni yaman tez qabaqlayırsız. Yenə də çox sağ olun ki, maraqlanıb təbrik etdiniz”.

Bu fikirləri modern.az-a açıqlamasında sabiq Baş nazir Novruz Məmmədov Azərbaycan Dillər Universitetinə prorektor təyin olunması xəbərinə münasibət bildirərkən deyib.

Sabiq Baş nazir adıçəkilən təhsil ocağının onun üçün doğma olduğunu xüsusi qeyd edib:

"Mənim ilk fəaliyyətim elə Azərbaycan Dillər Universitetindən başlayıb. Həmin universiteti də fərqlənmə ilə bitirmişəm. Ondan sonra 25 il orada çalışmışam. Bu illər ərzində baş müəllim, dosent, dekan, kafedra müdirinə kimi fəaliyyət göstərmişəm. Bu təhsil ocağı mənə çox doğma yerdir. Müəyyən vəzifələr içərisində pedaqoji sahənin mənim üçün çox önəmli yeri var”.