Dünya 12:34 23.01.2018

Nuh peyğəmbər oğluna mobil telefonla zəng edib deyən akademik: "Sübut edəcəkdim"

Nuh peyğəmbərin oğlunu gəmiyə minməyə razı salmaq üçün ona mobil telefonla zəng etdiyini iddia edən İstanbul Universitetinin Dəniz Elmləri Fakültəsinin müəllimi, dr. Yavuz Örnek bunu sübut etməyə qadir olduğunu söyləyib.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu uyğun bir şəkildə deməliydim, amma açıq-aşkar bildirdiyimə görə millət ayağa qalxdı.

"Verilişdə məni əsəbiləşdirdilər. İmkan versəydilər, dediklərimi sübut edəcəkdim. Mən elm adamıyam. Desəm ki, taxtadan bir gəmiyə bütün heyvanları mindiriblər, o zaman mənim üzümə tüpürərlər. Mən həqiqətləri danışdım, amma o verilişə çıxmağıma peşman oldum".

Y.Örnek bu məsələdən sonra universitetdən ona açıqlama verməsi üçün qadağa qoyulmadığını, lakin bir müddət gözləməsi barədə məsləhət verildiyini bildirib.

O, tarixçi-yazar İlber Ortaylının "gedib başqa işlə məşğul olsun" ifadəsinə və sosial şəbəkələrdə haqqında yazılan təhqirlərə də münasibət bildirib:

"Sosial şəbəkələrdə haqqımda yazılanlara üzüldüm, əsəbiləşdim. İlber Ortaylı məni dəstəkləsəydi xarizması pozulardı. O, lazım olanı etdi. Əgər mənimlə üzbəüz oturub danışsaydı, onu razı salardım".