Qazaxıstanın paytaxtı Astana şəhərinin adının Nur-Sultan adı ilə əvəz olunması 125 mln. ABŞ dollarına başa gələ bilər.
Bu barədə "Alpari” analitik informasiya mərkəzinin direktoru Aleksandr Razuvayev məlumat verib.
O, bildirib ki, paytaxtın adının dəyişdirilməsi ucuz proses deyil, əsas xərclər büdcə hesabına həyata keçiriləcək. Xərclər əsasən şəhər sakinləri üçün yeni sənədlərin nəşr olunmasını (təxminən 80 mln. dollar), yeni lövhə və nişanların hazırlanmasını (25 mln. dollar) və yeni xəritələrin hazırlanmasını (5 mln. dollar) əhatə edəcək. Bundan başqa, dövlət idarələri tərəfindən Konstitutsiyanın yeni redaktəsinin və dəyişikliyin aparılacağı müxtəlif qanun nəşrlərinin əldə edilməsi üçün də xərclər tələb olunacaq. Çünki hazırda bütün sənədlərdə "Astana” adı keçir. Buna isə 15 mln. dollar vəsait lazım olacağı proqnozlaşdırılır.
Qazaxıstanın maliyyə naziri Alixan Smailov isə daha əvvəl bildirib ki, paytaxtın adının dəyişdirilməsi ilə bağlı xərclər hələ hesablanmayıb. Onun sözlərinə görə, xərclər dövlət və yerli büdcə hesabına həyata keçiriləcək. (ONA)
Şərhlər