Xəbər lenti

Nura Suri bu şəxslə bağlı polisə şikayət etdi
Maqazin 07:19 22.08.2023

Nura Suri bu şəxslə bağlı polisə şikayət etdi

"Haqqımda "Facebook"da status yazan şəxs barəsində Daxili İşlər Nazirliyinə yazdığım şikayətə baxıldı. Şəxs müəyyən olunaraq tapıldı, haqqında qanunla tədbir görüləcək”.

Qaynarinfo xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.

O, insanları sosial şəbəkədə təhqir edənlərin qanun qarşısında cavab verəcəklərini bildirib:

"Status və şərhlərdə insanları təhqir edənlərin nəzərinə! Evinizdə klaviatura arxasında oturub insanları təhqir edənlər, hədə-qorxu gələnlər, bir gün qapınız döyüləcək və qanun qarşısında cavab verəcəksiniz”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->