Foto 18:26 11.08.2020

Nura Suriyə vəzifə verildi (FOTO)

Tanınmış müğənni Nura Suri özünə yeni iş tapıb.

Qaynarinfo xəbər verir ki, müğənni bundan sonra tikinti şirkətindən birində çalışacaq.
 
O şirkətin reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyəcək.
 
Qeyd edək ki, Nura bir müddət öncə özünə yeni iş axtardığını demişdi: "Balamı böyütməliyəm, işləməliyəm, pul qazanmalıyam. Bu, hələlik bizim sahədə mümkün deyil".