Nuriyyə Əhmədova palataya köçürüldü

Nuriyyə Əhmədova palataya köçürüldü

Xalq artisti Nuriyyə Əhmədova reanimasiya şöbəsindən travmotologiya-ortopediya şöbəsinə köçürülüb. 

Bu barədə 3 saylı şəhər klinik xəstəxanasının həkimi Nailə Əsgərova Anspress-ə açıqlama verib. O bildirib ki, sənətçinin vəziyyəti ötən gün ilə müqayisədə normallaşmağa doğru gedir: 

“Xəstəxanaya çatdırılan kimi müayinə etdik. Ciddi travma ilə xəstəxanaya daxil olmuşdu. Reanimasiyada müayinə olundu, həmçinin neyrocərrah tərəfindən yoxlanıldı. Müayinələrin nəticəsi göstərdi ki, bel fəqərəsinin yan çıxıntısında sınıqlar var. Bu fəsadlaşmamış sınıqdır. Onurğa beyni heç bir zədə almayıb. Digər müayinələrdən də keçib. Bu gün aktrisaya karset geyindiriləcək, bir həftədən sonra isə hərəkət edə bilər”, - deyə həkim bildirib. Nuriyyə Əhmədova bir həftə xəstəxanada saxlanıldıqdan sonra ambulator müayinəsini davam etdirmək üçün evə buraxılacaq.

Xatırladaq ki, Xalq artisti N.Əhmədova ötən gün 11 saylı marşrut üzrə hərəkət edən avtobusda gedərkən sürücü qəfildən əyləcə basıb. Aktrisa müvazinətini itirib və yıxılıb. Nəticədə onurğa sümüyü ciddi zədə alıb. N.Əhmədova dərhal 3 saylı Sabunçu rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Qaynar.info

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR