Video 22:23 02.08.2021

Nüşabə Ələsgərlinin qızının toyudur (FOTO/VİDEO)

Əməkdar artist Nüşabə Ələsgərlinin qızı Nigarın toyudur.

Qaynarinfo xəbər verir ki, müğənninin qızının toy mərasimi şəhər restoranlarının birində keçirilir. Məclisdə şou nümayəndələri də iştirak edib.

Qeyd edək ki, Nigar Doğan adlı Türkiyə vətəndaşı ilə ailə qurub. Cütlük 2019-cu ildə nişanlanıb. Nigar Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində çalışır, Doğan isə aşpazdır.