Ekonomiks 10:27 23.06.2021

Ünvanlı dövlət sosial yardımının ödəniləcəyi tarix açıqlandı

Ünvanlı dövlət sosial yardımının ödəniləcəyi vaxt açıqlanıb.

Bu barədə Qaynarinfo-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən məlumat verilib.

Qurumdan bildirilib ki, ünvanlı dövlət sosial yardımının ödənilməsi iyun ayının 25-nə nəzərdə tutulub.