New York Times qəzeti Çin hakimiyyətinin Sincan Uyğur Muxtar Bölgəsində qitələrarası raket buraxılışı üçün 110 şaxta inşa etdiyini bildirən məqalə dərc edib.
Qaynarinfo xəbər verir ki, məqalədə bu nəticəyə Amerika Alimləri Federasiyasının işçilərinin gəldikləri qeyd edilib. İlkin məlumata görə, onlar peyklərdən çəkilən görüntülərlə tanış olmağı bacarıblar.
Şaxtaların inşası, nəşrdə göstərildiyi kimi, Hami şəhərindən təxminən 100 kilometr aralıdakı səhrada aparılır.
Xatırladaq ki, əvvəllər Ağ Ev Çini "nüvə risklərini azaltmağa” çağırıb. Beləliklə, Amerika hakimiyyəti Çinin şimalında nüvə raketlərinin atılması üçün 119 yeni şaxtanın inşası barədə məlumatı şərh edib. Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays ABŞ-ın Pekinin artan nüvə proqramı ilə bağlı məlumatlardan narahat olduğunu bildirib.
Alpər
Şərhlər