ABŞ-ın Nyu York şəhərində helikopter qəzaya uğrayıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, "East" çayı üzərində qəzaya uğrayan helikopterdə 6 nəfər olub. Onlardan 5 nəfəri həlak olub, pilot isə ağır yaralanıb.
Turizm şirkətinə aid helikopter çəkiliş üçün fotoqraflar tərəfindən kirayələnmişdi.
Hadisə yerinə polis və xilasetmə qrupu göndərilib və meyitlər çaydan çıxarılıb.
Gülşən
Şərhlər