Dünya 09:20 06.11.2013

Nyu-Yorkun yeni meri məlum oldu


Nyu-Yorkun meri vəzifəsinə keçirilən seçkilərdə demokrat Bill de Blazio qalib gəlib. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, o 1989-cu ildən bu vaxtadək  şəhərin meri vəzifəsinə seçilmiş ilk demokrat olacaq.
 
İlkin məlumata görə, 52 yaşlı Bill de Blazio rəqibi – respublikaçı Co Lotdan 40 faiz çox səs toplayıb. Nyu-Yorkun hazırkı meri Maykl Blumberq 3 dəfə bu vəzifəyə seçilib.
 
Qeyd edək ki, ötən gün ABŞ-ın bir neçə böyük şəhər və ştatlarında seçkilər keçirilib.
 
Nyu-Cersi ştatının qubernatoru vəzifəsinə yenidən respublikaçı Kris Kristi seçilib.


Qaynar.info