Xəbər lenti

O oğlanın adını bilmirəm - KÖŞƏ
Ölkə 14:06 15.08.2013

O oğlanın adını bilmirəm - KÖŞƏ


Jalə İsmayıl

21 yaşa müraciətlə...

O oğlanı tanımıram,  21 yaş, ona görə də, sənə yazıram. Çünki mən səni - 21 yaşı yaxşı tanıyıram. Sən 19-dan sonra 2-ci və sonuncu ən gözəl yaşsan.

Sən dünyanın dəyişib daha yaxşı olacağına və bunu sənin edə biləcəyinə inanan yaşsan. Bu inamınla güclüsən. 10 il sonra belə olmayacaqsan. Hər yaşın öz öhdəliyi var. Səninki etiraz etməkdir. Etiraz etməyən gənc odundu, bar verən, kölgə salan ağac deyil.

O oğlanın adını bilmirəm, Məmməddimi, Məhəmməddimi, Maqadımı... Amma nə fərqi var. Sən o gəlib yetişdiyin oğlana de ki, onu sevənlərin sayı dostlarının sayından çoxdur.

Bir də ona de ki, o çox ağıllı oğlandı, mərd oğlandı. Onu bu ölkənin ən gözəl, ən qəhrəman qızları sevəcək hələ. 21 yaş, ona de ki, darıxmasın, qoy, gözləri həmişə gülsün.

Qoru o oğlanı, 21 yaş, sən güclü yaşsan. İnamını itirmə. Zira, inamını itirən gücünü itirər.
O tanımadığım oğlana de ki, 21 yaş, möhkəm olsun, onun qarşılayıb yola salacağı yaşlar, görəcəyi işlər çoxdur hələ.

Ona de ki, şair də yaxşı deyib, amma kişi şair deyib:

Acıyorsam sana, anam avradım olsun...

21 yaş, sən qalın divarların o tərəfindəki ən böyük yaşsan. 19-dan və 20-dən muğayat ol.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->