Xəbər lenti

Sənət 15:24 16.07.2014

ODA Teatrı biletlərin qiymətini aşağı saldı

İyulun 15-i müstəqil ODA Teatrının 1 yaşı qeyd edilib.
Qaynar.info-ya daxil olan məlumata görə, tədbirdə media nümayəndələri, aktyorlar, rejissorlar və yazarlar iştirak ediblər. Tədbiri açıq elan edən teatrın təsisçisi və rəhbəri Elmin Bədəlov ODA-nın necə yaranmasından danışıb: “ODA təsis olunmamışdan öncə biz gənclərlə birgə “teatr qrupu” formasında toplaşırdıq. Daha sonra 2013-cü il iyulun 15-də teatr olaraq tamaşaçıların görüşünə gəldik. Bu yolda bizə dəstək olan hər bir kəsə - tamaşaçılarımıza, bizi sevənlərə, media nümayəndələrinə xüsusi təşəkkürümüzü bildiririk”.

E.Bədəlov daha sonra teatrın gördüyü işlərdən söz açıb: “Biz “teatr qrupu” kimi fəaliyyət göstərəndə “Evlənmə” tamaşasını nümayiş etdirmişdik. Tamaşanı 5 dəfə “D31” kitab evində nümayiş etdirdik. Hər nümayişə 80-90 nəfər tamaşaçı gəlmişdi. Ümumilikdə 400 nəfərdən çox edirdi. Daha sonra bu tamaşanı 1 dəfə Xətai rayonunda yerləşən Bakı Xətai Sənət Mərkəzində 500-dən çox insana nümayiş etdirdik.

ODA teatrı daha çox Facebook sosial şəbəkəsi vasitəsilə tamaşaçı toplayır. Teatrımızın rəsmi səhifəsi belədir: fb.com/teatroda

Teatr rəhbəri qeyd edib ki, teatrın bütün tamaşalarının biletləri standart olaraq 3 manata endirilib: “Tamaşaların biletlərinin qiyməti 3, 4, 5 manatdan başlayırdı. Lakin biz qərara gəldik ki, bütün tamaşaların biletlərinin qiymətini 3 manata endirək. Çünki Azərbaycan tamaşaçısının bir o qədər yüksək gəliri olmadığı üçün biletlərin ucuz satılması onların tamaşalarda iştirakını təmin edə bilər. Belə olan halda tamaşaya çox insan qatılacaq və ölkədə teatra marağı artıra biləcəyik”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->