Xəbər lenti

Oğurluq və soğunçuluqda təqsirləndirilən şəxs bəraət aldı
Ölkə16:47 30.12.2025

Oğurluq və soğunçuluqda təqsirləndirilən şəxs bəraət aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Oğurluq və soyğunçuluqda təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla hökm çıxarılıb. 
Qaynarinfo xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.2 (Oğurluq – təkrar törədildikdə) və 180.2.2-ci (Soyğunçuluq – təkrar törədildikdə) maddələri ilə mühakimə edilən Müşfiq Talehlinin (ad və soyad şərtidir) təqsiri sübuta yetirilməyib. 
Hakim Elnurə Rəcəbova da ona bəraət verib.
İttiham aktına görə Müşfiq Talehli bir neçə maşından oğurluq və bir nəfərə qarşı soğunçuluq edib. 
Lakin məhkəmə zamanı o, verilmiş ittiham üzrə özünü təqsirli bilməyib. Müttəhim ittihamda yer alan əməlləri törətmədiyini iddia edib. Məhkəmə araşdırması zamanı onun dediklərinin doğru olduğu üzə çıxıb. 
Seyid