Dünya 23:20 29.09.2019

“OK” jesti islamofob rəmzlərın siyahısına salındı...

Cəmiyyətdə dözümsüzlüklə mübarizə aparan ABŞ Antidiffamasiya liqası nifrət və irqi üstünlüyün tərəfdarlarının simvolları siyahısına "OK" ("okey”) jestini də daxil  edib.    

Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, bu barədə informasiya təşkilatın rəsmi saytında yayılıb. 

Buna səbəb  2017-ci ildən bəri OK jestini irqçilərin simvolu kimi təqdim edən "4chan” imicbord  istifadəçilərinin mistifikasiyası olub.  Onlar hesab edir ki, bu jest "ağların hakimiyyəti" mənasını verən "WP”  abbreviaturasına bənzəyir.

İnternetdə bu haqda məlumatlar yayıldıqdan sonra irqçi fikirlərin bəzi tərəfdarları fikirlərini səmimi ifadə etmək üçün bu jestdən ciddi şəkildə istifadə etməyə başlayıblar.

Diffamasiya Liqası  "OK”-un  məhz belə hallarda irqçi nifrət rəmzi sayıla biləcəyini bildirir.  Təşkilat buna nümunə olaraq 2019-cu ilin martında məsciddə 50 müsəlmanı güllələyən Yeni Zelandiya terrorçusu Brenton Tarrantanı misal gətirir. Belə ki, bu islamofob irqçi  məhkəmə zamanı məhz "OK” jestindən istifadə edib.