“İranda seçkilərlə bağlı hələ heç bir nəticə məlum deyil. İnanmıram ki, kimsə seçkilərdə qalib gəlsə, ölkədə vəziyyət 180 dərəcə dəyişsin”.
Bunu Qaynar.info-ya politoloq Araz Əlizadə bu gün İranda keçirilən seçkiləri şərh edərkən deyib. O bildirib ki, İran dini ideologiyası olan dövlətdir və həmin ideologiyanı dəyişmək qeyri-mümkündür: “Kim seçilməsindən asılı olmayaraq mahiyyət eyni olacaq. Rəfsəncaniyə reformator deyirdilər. O, reformator deyildi. Elə götürək Xatəmini. O olanda guya nəyisə dəyişdi? Mahiyyət eyni şey oldu”.
A.Əlizadə qeyd edib ki, Qərb İranda çaxnaşma yarada bilər: “İranda rejim çox güclüdür. Onu qorxutmaq mümkün deyil. Ola bilər, Qərb çaxnaşma salsın. Həmin ölkə daha da bədbəxt olsun”.
Qaynar.info
Şərhlər