Dünya 17:40 12.03.2018

Oleq Tabakov vəfat etdi

Məşhur rus aktyoru Oleq Tabakov vəfat edib.

Qaynarinfo Rusiya KİV-inə istinadən xəbər verir ki, keçən ilin noyabrından xəstəxanada müalicə olunan Tabakov 82 yaşında dünyasını dəyişib. 

SSRİ-nin xalq artisti, Moskva İncəsənət Teatrının direktoru olan Tabakov "Moskva göz yaşlarına inanmır", "Oblomov", "Hərb və Sülh", "Baharın on yeddi anı" kimi bir çox filmlərdə rol alıb. Aktyor yaradıcılığı ərzində bir çox mükafata layiq görülüb.

Gülşən