Video 16:23 03.08.2018

Oliqarx Mənsimovun şirkəti azərbaycanlı fermerlərə “atdı” (VİDEO)

Mübariz Mənsimovun "Palmali” Şirkətlər Qrupuna məxsus olan, Lənkəran şəhərində fəaliyyət göstərən "PalSüd” zavodu ətraf rayonların şəxsi təssərüfatlarından yığdığı südün pulunu ödəməkdən imtina edir.

Virtualaz.org-un məlumatna görə, bu barədə fermerlərin özləri bildiriblər. Onların sözlərinə görə, zavodun direktoru Mübariz Mənsimovun qardaşı Mais Mənsimovdur. Fermerlər artıq bir neçə ildir ki, zavoddan pullarını tələb etsələr də, ala bilmirlər. Bu isə ona gətirib çıxarır ki, fermalarda çalışanlar əməkhaqlarını ala bilmir, fermerlər isə heyvanlar üçün yem və təsərrüfat üçün zəruri texnika əldə etməkdə çətinlik çəkirlər.