"ONLİNE SƏSVERMƏ" ilə bağlı açıqlama: "Nəticələr sıfırlandı və səsvermə yenidən başladı"

Ötən gündən Qaynarinfo və bir neçə digər xəbər saytlarında növbədənkənar parlament seçkiləri ilə bağlı başlayan onlayn sorğu ilə bağlı çoxsaylı suallara aydınlıq gətirməyə zərurət hiss etdik:

1. İlk öncə onu qeyd edək ki, ajiotajın bu qədər böyük olacağını gözləmirdik. Qısa müddətdə onminlərlə sorğunun gəlməsi bəzi texniki problemləri də ortaya çıxardı.

İlk 24 saatda gedən səsvermə bütün saytlarda vahid bazaya hesablanırdı. Bu isə belə bir problemi ortaya çıxardı: Seçici haqlı olaraq sual verdi- sizin saytda ilk dəfə səverməyə daxil oluram, amma niyə səs verə bilmirəm.
 
Bizim məqsədimiz Azərbaycan internet məkanında konkret namizədə bir dəfə səs verilməsini təmin etmək idi. Narazılıqları nəzərə alaraq, qərara gəldik ki, hər sayt üzrə baza ayrılsın. Nümunə olaraq, Qaynarinfo saytında yalnız bu saytda verilən səslər görünsün.

2. Çoxsaylı botlar, proxy saytlar vasitəsi ilə, habelə xarici ölkələrdən verilən səslər nəzərə alınmasın və silinsin. 

3. Bəzi şübhəli (ardıcıl və eyni anda daxil olan səslər) nəzərə alınmasın.

4. Verilən səslərin reallığını təmin etmək üçün əlavə vasitələr tətbiq edilsin. Məsələn, təsdiqləmə kodu, cinsiyyət və yaş soruşulsun.

BELƏLİKLƏ:

Bura qədər baş verən neqativ halları, yaranan gözlənilməz ajiotaja texniki cəhətdən tam hazır olmadığımızı nəzərə alaraq, Qaynarinfo.az saytının rəhbərliyi olaraq, qərara alırıq ki, texniki cəhətdən tam hazır olana qədər, səsvermə dayandırılsın, yalnız tam hazır olandan sonra yenidən başlasın. Amma yenidən başlayanda bütün nəticələr sıfırlansın.

Yaranan narahatlığa görə üzr istəyirik.

XƏBƏRLƏR
BLOGLAR