Macarıstanın baş naziri Viktor Orban bildirib ki, ABŞ prezidenti Donald Tramp Rusiya neftinə qarşı sərt sanksiyalar tətbiq etməklə səhv edib — bu, "Rosneft” və "Lukoyl” (Rusiyanın iki ən böyük neft şirkəti) əleyhinə məhdudiyyətlərdir.
Jurnalistlərin "Trampın Moskva ilə bağlı məsələdə çubuğu büküb-bükmədiyini” soruşmasına cavab olaraq Orban deyib: "Macarıstan baxımından — bəli. Biz bu vəziyyətdən çıxış yolu axtaracağıq, ilk növbədə Macarıstan üçün”.
Qaynarinfo "The Telegraph”a istinadla
yazır ki, Macarıstan Slovakiya ilə yanaşı, hələ də Rusiya enerjisinin ən böyük idxalçılarından biridir. Vaşinqtona səfərə hazırlaşan Orban həm Tramp, həm də Vladimir Putinlə yaxşı münasibətləri qorumağa çalışır.
Rusiyanın genişmiqyaslı işğalına başladığı vaxtdan Orban Macarıstanın Rusiya neftindən asılılığını 61%-dən 86%-ə yüksəldib, halbuki ölkə ildə təxminən 8 milyard kubmetr qaz istehlak edir. Macar nazirlərinin sözlərinə görə, dənizə çıxışı olmayan və alternativ yanacaq mənbələri reallıqda mövcud olmayan bir dövlət kimi Macarıstan Rusiyadan neft alışıdan imtina edə bilməz.
Macarıstanın xarici işlər naziri Peter Siyyarto bildirib ki, yalnız noyabrın sonunda qüvvəyə minəcək ABŞ sanksiyaları hələlik heç bir problem yaratmır və Rusiyadan neft idxalının həcminə təsir etmir.
2026-cı il seçkilərinə hazırlıq fonunda Orban xüsusilə "Lukoyl” və "Rosneft”lə bağlı olan ABŞ sanksiyalarının mümkün nəticələrini aradan qaldırmaq üçün aktiv şəkildə yollar axtarır.
Daha əvvəl UNIAN xəbər vermişdi ki, Rusiya şirkəti "Lukoyl” ABŞ sanksiyalarına görə xarici aktivlərini satmaq qərarına gəlib. Şirkətin bəyanatında deyilir ki, bu qərarın səbəbi bəzi ölkələrin "Lukoyl” və onun törəmə şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməsidir.
Ukrayna prezidenti Vladimir Zelenski isə öz növbəsində bildirib ki, yeni sanksiyalar Rusiya neft ixracını çökdürəcək. Buna görə də o, "işğalçıya təzyiqi artırmaq və müharibəni dayandırmaq məqsədilə” yeni ikinci dərəcəli məhdudiyyətlərin tətbiq olunacağını gözlədiyini deyib.
Alpər
Şərhlər