Xəbər lenti

Ordumuz mövqeyini bir qədər də irəli çəkərək möhkəmləndi – Putinə zəng
Siyasət 14:15 23.07.2021

Ordumuz mövqeyini bir qədər də irəli çəkərək möhkəmləndi – Putinə zəng

"Moskvada İlham Əliyevlə Putinin görüşündən sonra Ermənistan rəhbərliyində müəyyən nigaranlıq və narahatlıq yaranıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığını şərh edərkən deyib. Həmsöhbətimiz bildirib ki, Ermənistanın son təxribatlarına Azərbaycan ordusunun verdiyi tutarlı adekvat cavab Paşinyanı əməlli-başlı qorxudub:

"Ermənistandakı seçkilərdən dərhal sonra Paşinyan ilk işgüzar səfərini Moskvaya edib. Səfər çərçivəsində də 10 Noyabr və 11 Yanvar bəyannamələrindən irəli gələn öhdəliklər və onun icrası məsələsi ciddi müzakirə edilib. Mühribədən sonra sərhəd zonası və Qarabağda atışmaların baş verməsi də prosesə ciddi təhlükə yaradırdı. Ardınca Rusiya baş nazirinin müavini Bakıya gələrək ölkəmizin istəklərini öyrənmək üçün sözügedən məsələləri Azərbaycan Prezidentilə müzakirə etdi. Yalnız bundan sonra 20 iyulda Moskvada Rusiya və Azərbaycan prezidentlərinin görüşü baş tutdu”. 

Politoloq kənar qüvvələri zəif Ermənistanla deyil, güclü Azərbaycanla anlaşmağa dəvət edir:

"Azərbaycan və Rusiya prezidentlərinin Moskva görüşündən sonra Ermənistan rəhbərliyində müəyyən nigaranlıq və narahatlıq yaranıb. Maraqlıdır ki, bu hadisələr baş verən anda hələ də Naxçıvan ərazisi Ermənistan tərəfdən atəşə tutulurdu. Ancaq Azərbaycan Ordusunun sarsıdıcı zərbəsilə Ermənistan növbəti dəfə ağır zərbə aldı. Ordumuz bu istiqamətdə mövqeyini bir qədər də irəli çəkərək möhkəmləndi. Bu isə prosesi qarışdıranlara, Azərbaycandan güzəşt tələb edənlərə mesaj idi. Zəif Ermənistanla regionda kimlərsə böyük geosiyasi proses həyata keçirmək istəyirsə, nəticəsi fiaskoya uğramaqdır. Onlar bu istiqamətdə Azərbaycanla anlaşmalıdırlar. Bu məsələnin davamlı olması Paşinyanın xeyrinə deyil”. 

Ekspert qeyd edib ki, Rusiya tərəfinin son olaylara baxışını öyrənmək üçün Paşinyan Putinlə danışmağa ehtiyac duyub:

"Onu Azərbaycan və Rusiya prezidentlərinin görüşündə razılaşdırılan məqamlar və Moskvanın prosesə, həmçinin Bakının Naxçıvan istiqamətində erməni ordusuna vurduğu adekvat cavaba Kremlin münasibəti maraqlandırır. Yəni bu məsələləri araşdırmaq, nigaranlığı aradan qaldırmaq üçün Paşinyanın Putinlə danışmasına ehtiyac yaranıb. Paşinyan artıq divarın bitdiyini və ölkəsinin etdiyi təxribatların Ermənistan dövlətinin birdəfəlik xəritədən silinəcəyinə gətirib çıxaracağını anlayıb”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->