Xəbər lenti

Ordumuzun ilk qadın snayperi vəfat etdi
Ölkə09:58 14.10.2026

Ordumuzun ilk qadın snayperi vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

I Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan ordusunun ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, əslən Xızı rayonundan olan Növrəstə Yusifova Qarabağ müharibəsində Azərbaycanın ilk döyüşçü qadın snayper olub.

Qeyd edək ki, Növrəstə Yusifova 1952-ci ildə Bakı şəhərində anadan olub. Bakı Maliyyə Kredit Texnikumunu bitirib. 9 il mühasib kimi çalışıb, həmçinin Bakıda qülləli kran maşinisti kimi fəaliyyət göstərib. Azərbaycanın 7-ci dərəcəli ilk qadın maşinisti olub.

Atıcılıq idman növü üzrə 1974-cü ildə Azərbaycan çempionatında ikinci, 1975-ci ildə isə birinci yerin qalibi olub.

1991-ci ilin dekabr ayından könüllü olaraq cəbhəyə yollanmaq üçün müraciət etsə də, imtina cavabı alıb. 17 mart 1992-ci ildə ilk xanım snayperçi olaraq qeydiyyata alınıb. 1992–1994-cü illərdə I Qarabağ müharibəsində snayper olub.

1997-ci ildən Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinə sədrlik edirdi.