Ordunun vuran əli - Azərbaycan tankçıları döyüşə hazırdır (VİDEO)

Ordunun vuran əli - Azərbaycan tankçıları döyüşə hazırdır (VİDEO)

İctimai Televiziyanın "Radius” verilişi Azərbaycan tankçılarının təlimlərindən xüsusi reportaj hazırlayıb.

"Report”un xəbərinə görə, reportajda tankın müasir hərbi əməliyyatlarda rolu, döyüş taktikasında əhəmiyyəti barədə geniş məlumat verilib.

Tankların hərb sahəsində əhəmiyyəti, zirehli texnikanın tarixi haqqında vacib informasiyaların yer aldığı reportajda vurğulanıb ki, bu zirehli texnikanın yardımı olmadan heç bir geniş hücum və müdafiə əməliyyatlarını keçirmək mümkün deyil. Tankın əsas təsiredici effektlərindən biri isə qarşı tərəfdə yaratdığı qorxu hissidir.

Reportajda Azərbaycan Ordusunun arsenalında olan əsas döyüş tanklarını idarə edən tankçıların bu peşəyə yiyələnməsi, döyüş tapşırığını yerinə yetirmələri üçün sahib olduqları biliklər barədə məlumatlar verilib, Azərbaycan tankçılarının hər an döyüşə hazır vəziyyətdə olduğu vurğulanıb.

Reportajda qeyd olunub ki, tankçıların döyüş fəaliyyəti, maddi-texniki təchizatı və tibb təminatı yüksək səviyyədədir. 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image