Dünya 18:09 11.05.2019

Pakistanda 5 ulduzlu hotelə silahlı basqın

Pakistanın Qvadar şəhərində terrorçuların hotelə basqını təşkil edilib.

Qaynarinfo NDTV-yə istinadən xəbər verir ki, 5 ulduzlu "Peal Continental Hotel"də silah səsləri eşidilir. İlkin məlumata görə, binaya 3-4 terrorçu daxil olub. Hoteldə təxminən 70 nəfər var.

Hadisənin detalları barədə hələlik məlumat yoxdur.

Gülşən