Video 14:02 28.01.2020

Pakistanda ətir fabriki partladı: 11 nəfər yanaraq öldü (VİDEO)

Pakistanın Pəncab əyalətinin Lahor şəhərində ətir fabriki partlayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə səhər saatlarında meydana gəlib və daha sonra fabrikdə güclü yanğın başlayıb. Yanğın nəticəsində 11 nəfərin həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, Pəncab əyaləti Pakistanda fabriklərin ən sıx yerləşdiyi əyalətlərdəndir. Bura ölkə ticarətinin mərkəzi hesab edilir.
 
Camal