Pakistanda iki terror aktı baş verib.
Qaynarinfo xəbər verir ki, terrorçular nəzarət-buraxılış məntəqəsinə hücum edib və xəstəxanada partlayış törədib. Hadisə Xayber-Paxtunxva əyalətinin Dera-İsmail-Xan şəhərində baş verib.
Əvvəlcə 4 motosikletlə hərəkət edən silahlı şəxslər polis nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Daha sonra isə şəhər xəstəxanasında partlayış törədilib. Xəstəxanadalı partlayışı bir qadın törədib. O, tibb ocağına partlayıcı qurğu quraşdırıb.
Nəticədə 4 nəfər ölüb, 24 nəfər yaralanıb. Ölənlər arasında 4 polis, 3 mülki şəxs var.
Şərhlər