Dünya 13:23 15.04.2019

Pakistanda qum fırtınası: 3 ölü, 35 yaralı

Pakistanın Karaçi şəhərində müşahidə edilən qum fırtınası 3 nəfərin ölümünə səbəb olub.

Qaynarinfo xəbər verir ki, ötən gecə başlayan fırtına və güclü yağış nəticəsində 35 nəfər yaralanıb. 

Şəhərdə bütün təyyarə səfərləri ləğv edilib. 

Qeyri-sabit hava şəraitinin gün ərzində davam edəcəyi açıqlanıb. Vətəndaşlara çölə çıxmamaq barədə xəbərdarlıq edilib. 

Gülşən