Dünya 14:06 26.07.2018

Pakistanda seçkilərin ilkin nəticəsi

Ötən gün Pakistanda keçirilən parlament və əyalət məclisi seçkilərinin ilkin nəticəsi açıqlanıb.

Qaynarinfo xəbər verir ki, qeyri-rəsmi məlumatlara görə Pakistan Ədalət Hərəkatı liderdir. Partiyanın rəhbəri İmran Əhməd Xan Niyazi baş nazir postuna əsas namizəd hesab edilirdi. Seçkilərdə iştirak edən öndə gedən partiyalardan olan Pakistan Nəvaz Müsəlman Liqası və digərləri Pakistan Ədalət Hərəkatını hiylədə ittiham edir və seçkinin nəticəsinə etiraz edirlər. 

Parlamentdəki 342 yerdən 272-si seçkilərlə müəyyənləşdirir. Təkbaşına hökümət qurmaq üçün 137 yerə sahib çıxmaq lazımdır.

Qeyd edək ki, ölkənin sonuncu baş naziri Nəvaz Şərif hazırda korrupsiya və rüşvətxorluq ittihamı ilə həbsdədir.

Gülşən